Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünən avro, ABŞ prezidenti Donald Trampın Amerika valyutasının düşməsinə laqeydliyindən faydalanaraq, dörd ildən çox müddətdə ilk dəfə olaraq simvolik 1,20 dollar həddini keçdi. Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, ABŞ valyutasının dəyəri barədə soruşulduqda, Amerika prezidenti bunu "əla " hesab edib. O, bildirib ki , dollar çox yaxşı vəziyyətdədir. Lakin Fransa vaxtı ilə saat 22:00 radələrində dollar avroya qarşı 1,26% ucuzlaşaraq 1,2028 dollara düşüb ki, bu da 2021-ci ilin iyun ayından bəri görünməmiş səviyyədir.
Aydın Baxış