Avro və dolların məzənnəsi yenidən bərabərləşə bilər

20.11.2024

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın ən böyük aktiv meneceri “Amundi” bəyan edib ki, avro gələn ay dollar qarşısında dəyər itirə bilər.

Banco.az xəbər verir ki, Donald Trampın ABŞ-dakı seçkilərdə qalib gəlməsindən sonra dolların bir müddət öz gücünü qoruyacağı proqnozlaşdırılsa da, avronun relaksasiyadan keçməsi ucuzlaşma istiqamətindəki gözləntiləri dəstələyir.

Avropanın ən böyük fondu “Amundi” də gələn ay avro və dolların eyni səviyyəyə çatacağını proqnozlaşdırıb.

Bu barədə “Amundi” Baş İnvestisiya Direktoru Vinsent Mortier jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, valyuta bazarındakı volatillik geri qayıdacaq. Hətta növbəti ay avro/dollar məzənnəsində 1 səviyyəsini görmək mümkün ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Mortier avro/dollar məzənnəsinin 2025-ci ili 1,16 səviyyəsində bağlayacağını  proqnozlaşdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью