AVRO2026: Azərbaycanın futzal millisi əsas mərhələdə mübarizəyə başlayır

17.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində bu gün ilk oyununu keçirəcək.

"Report"un məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu yığma İsveçi qəbul edəcək.

Bakı İdman Sarayında reallaşacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Görüşü Qazaxıstandan olan Aslan Qalayev, Turexan Tursumbayev və Nurlibek Kalimaqanbetov idarə edəcəklər.

Qeyd edək ki, skandinaviyalılar 5-ci qrupdakı ilk matçda Yunanıstana uduzublar - 1:4.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью