Avrobarometr: Macarıstanda Aİ yə etimad Avropa orta göstəricisini üstələyib

02.07.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Budapeşt, 2 iyul, AZƏRTAC

Avropa Komissiyasının sifarişi ilə keçirilən son Avrobarometr sorğusuna əsasən, Macarıstanda Avropa İttifaqına (Aİ) etimad əhəmiyyətli dərəcədə artıb.

AZƏRTAC xəbər verir ki, respondentlərin 80 faizi Aİ-ni qeyri-sabit beynəlxalq şəraitdə sabitlik mənbəyi kimi qiymətləndirib. Bu göstərici Aİ üzrə orta səviyyə olan 75 faizi üstələyir.

Sorğuya görə, macarların 81 faizi ölkənin Aİ üzvlüyünün faydalı olduğunu düşünür. Respondentlər əsas üstünlüklər kimi yeni məşğulluq imkanlarını və iqtisadi inkişafı göstəriblər. Eyni zamanda, iştirakçıların fikrincə, Aİ-nin əsas prioritetləri enerji müstəqilliyi, müdafiə və təhlükəsizlik, rəqabətqabiliyyətlilik, eləcə də ərzaq təhlükəsizliyi olmalıdır.

Bununla yanaşı, sorğu həyat keyfiyyəti və maliyyə vəziyyəti ilə bağlı narahatlıqların davam etdiyini göstərib.

Araşdırma 9 aprel–4 may tarixlərində Aİ-nin 27 üzv ölkəsində 26 mindən çox respondent arasında aparılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью