Avrointeqrasiya maksimal intensivliyi ilə davam etdiriləcək Kobaxidze

02.12.2024

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanın baş naziri İrakli Koaxidze bu gün Xarici İşlər Nazirliyində diplomatlara ölkənin avrointeqrasiya prosesinin mümkün qədər intensiv şəkildə davam etdirilməsi ilə bağlı tapşırıq verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə bildirib.

Baş nazir qeyd edib ki, avrointeqrasiya prosesi təxirə salınmayıb, əksinə, maksimal intensivliyi ilə davam etdiriləcək.

“Bu, reallıqdır, qalan hər şey saxtadır. Bu yalan radikal müxalifət və onunla bağlı olan media tərəfindən yayılır. Təəssüflər olsun ki, bu dezinformasiya kampaniyasına Avropa İttifaqının səfiri də qoşulub”, - İ.Kobaxidze deyib.

Qeyd edək ki, baş nazir bu gün yeni xarici işlər naziri Maka Boçorişvilini XİN-nin kollektivinə təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью