Avrokomissiya Ukraynaya 4,1 milyard avro ayırdı

14.11.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Avropa Komissiyası Ukraynaya dəstək üçün Avropa Fondundan Kiyevə 4,1 milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşının ayrılmasını müsbət qiymətləndirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, qərar indi AB Şurası tərəfindən təsdiqlənməlidir:

"Avropa Komissiyası Ukraynanın bu ödəniş üçün tələb olunan islahat öhdəliyinin bütün doqquz bəndini qənaətbəxş şəkildə yerinə yetirdiyini müəyyən etdi. AB Şurasının təsdiqindən sonra vəsait Ukraynaya veriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью