Avrokomissiya Ukraynaya 4,1 milyard avro ayırdı

15.11.2024

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa Komissiyası Ukraynaya dəstək üçün Avropa Fondundan Kiyevə 4,1 milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşının ayrılmasını müsbət qiymətləndirib.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin məlumatında deyilir.

"Avropa Komissiyası Ukraynanın bu ödəniş üçün tələb olunan islahat öhdəliyinin bütün doqquz bəndini qənaətbəxş şəkildə yerinə yetirdiyini müəyyən etdi. AB Şurasının təsdiqindən sonra vəsait Ukraynaya veriləcək”, - məlumatda bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью