Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Komissiyası (AK) bu gün Brüsseldə Ukrayna, ABŞ, NATO, Fransa, Almaniya, Böyük Britaniya və Dünya Bankının nümayəndələri ilə Ukraynanın müharibədən sonrakı bərpası və iqtisadi inkişafı ilə bağlı görüş keçirəcək. Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, bu görüş Ukrayna və ABŞ-ın iştirakı ilə Mayamidə aparılmış əvvəlki danışıqların davamı olmaqla Ukraynada dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsinə yönələcək. Pinyo qeyd edib ki, Avropa Komissiyası danışıqlarda milli təhlükəsizlik üzrə müşavir səviyyəsində təmsil olunacaq.
XQ