Avrokubok oyunu dayandırıldı: Azarkeşlərin şousuna görə FOTO

20.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

UEFA Konfrans Liqasının ümumi mərhələsinin 6-cı turunun "Yurqorden" - "Legiya" matçı oyunun əvvəlində azarkeşlərə görə dayandırılıb.

Publika.az xəbər verir ki, buna İsveç komandasının fanatları tərəfindən qarşıdan gələn Milad və Yeni il şərəfinə xüsusi tamaşa hazırlanması olub. Onlar üzərində Şaxta babanın əks olunduğu xoreoqrafiya açıblar və qırmızı məşəllər yandırdılar.

Meydan tüstü ilə dolduğu üçün matçın baş hakimi oyunu dayandırmaq məcburiyyətində qalıb. Təxminən 15 dəqiqə sonra matç bərpa olunub.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью