Avrokubok şansları barədə danışmaq tezdir Dambrauskas

20.07.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Avrokubok şansları barədə danışmaq tezdir" - Dambrauskas

"Sabah" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS klubu ilə üz-üzə gələcək.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında komandasının hazırlıq səviyyəsi, avrokuboklardakı şansları və futbolçuların fiziki durumu danışıb:

"İlk növbədə rəqibimizə "xoş gəldiniz" demək istəyirəm. İnanıram ki, qonaqpərvərliyimizi hiss edəcəklər. Oyunçularımızın hər biri sabahkı sınağa hazırdır. Tamamilə matça köklənməliyik. Meydanda həm özümüz, həm də azarkeşlərimiz üçün oynayacağıq".

Dambrauskas avrokuboklardakı şanslar barədə danışmağın hələ tez olduğunu diqqətə çatdırıb:

"Bu barədə danışmaq üçün erkəndir. Evdə oynayırıq və favorit bizik. Lakin hər kəs meydanda öz işini layiqincə görməlidir. Kimin üstün olduğu fikrini kənara qoymalı, bütün diqqətimizi yalnız sabahkı oyuna yönəltməliyik".

Təcrübəli çalışdırıcı komandanın optimal forması və fiziki durumu haqqında da fikirlərini bölüşüb:

"Optimal formaya çatmaq üçün nə qədər oyun tələb olunduğunu demək çətindir. İndi bu barədə danışmağın mənası yoxdur. İstənilən halda ən yaxşısını etməyə çalışacağıq. Sabah bizi çətin bir matç gözləyir. Bəzən əla formada olsan belə, rəqibin bəxti gətirə bilər. Mən həmişə qeyd edirəm ki, bizim üçün ən önəmlisi məhz növbəti qarşılaşmadır".

Mütəxəssis yekunda heyətdəki rəqabətə və potensial rəqiblərə də toxunub:

"Komandada sağlam rəqabətin olması tamamilə normal haldır. Sabahkı matç üçün ən yaxşı formada olan oyunçuları seçəcəyik. Hazırda potensial rəqiblərdən daha çox yalnız KuPS-la matçı düşünürük".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью