Avrokubokarlarda ən yaxşı start

31.07.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 xal qazandırıb.

Futbolpress.az xəbər verir ki, bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir.
İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/18 mövsümündə göstərmişdi. Həmin vaxt bu göstərici 2,250-yə bərabər olub.

Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün “Sabah” 1,000, “Qarabağ” 0,750, “Zirə” 0,625 xal, “Neftçi” 0,250 əldə edib.

Sıralama Ölkə Xal Bu mövsüm qazanılan xal 25 İsrail 22,125 1,25 26 Azərbaycan 21,187 2,625 27 Slovakiya 19,875 1,125 28 Bolqarıstan 19,563 1,875
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью