Avrokuboklara damğa vuran “qırmızı şeytanlar” | Icma.az
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mançester Yunayted” Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Lion”u məğlub edib (5:4, ilk oyun 2:2).
Futbolpress.az xəbər verir ki, görüşün əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatdığı üçün əlavə vaxta ehtiyac olub.
Uzatmalarda geri düşən “qırmızı şeytanlar” 120-ci dəqiqədə iki qol vuraraq, qalib olub.
“Mançester Yunayted” avrokuboklarda 120-ci dəqiqədə iki qol vurmağı bacaran ilk komanda olub. Qolları Kobbi Maino və Harri Maquayr vurub.
“Mançester Yunayted” yarımfinalda “Atletik”lə qarşılaşacaq. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu