Avrokuboklarda 500 cü qolumuz | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub.
Peşəkar Futbol Liqasının yetkilisi xəbər verib ki, yubiley qolu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Sele” matçına təsadüf edib.
Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu.
Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifi olub. Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib.
Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA Kuboku) 294, Konfrans Liqasında 64, İntertoto Kubokunda 19, Kuboklar Kubokunda 1 qol vurub.
Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb. M.HACIXANLIXQ Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu