Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar

05.11.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar

Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda İtaliyanın “Komo” klubu səfərdə Fransanın “Lans” komandasını darmadağın edib – 9:1.

QOL.az xəbər verir ki, Opta statistika portalının məlumatına görə, bununla da “Komo” avrokuboklarda tarixi uğura imza atıb.

İtaliya təmsilçisi 1971-ci ildən bəri avrokuboklarda səfər oyununda 9 qol vuran ikinci komanda olub. Bundan əvvəl bu nailiyyətə 1971-ci ilin sentyabrında Kiprin “Olimpiakos Nikosiya” klubunu 9:0 hesabı ilə məğlub edən “Feyenoord” imza atmışdı.

“Lans” isə 1:9 hesablı məğlubiyyətlə  antirekordla üzləşib. Fransa təmsilçisi avrokubokların tarixində evdə bir oyunda 9 qol buraxan ilk “böyük beşlik” liqası klubu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью