Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi İslandiyanın “Vestri” komandası oldu.
QOL.az xəbər verir ki, “Vestri”İslandiyanın İsafjördur şəhərini təmsil edən futbol klubudur. Klubun kökləri 1986-cı ilə gedib çıxır, hazırkı “Vestri” isə 2016-cı ildə bir neçə yerli idman təşkilatının birləşməsi nəticəsində formalaşıb. Ev oyunlarını “Kerecisvöllurinn” stadionunda keçirir. Arenanın cəmi 1 600 tamaşaçı tutumu var.
Komandanın hazırkı baş məşqçisi 2026-cı ilin yanvarından ingiltərəli 45 yaşlı mütəxəssis Daniel Osafo-Badudur.
Klub tarixinin ən böyük uğurunu 2025-ci ildə (22 avqust) qazanıb. “Vestri” İslandiya Kubokunun finalında güclü rəqibi “Valur”u 1:0 hesabı ilə məğlub edərək tarixində ilk böyük titulu əldə edib. Bu qələbə sayəsində onlar ilk dəfə avrokuboklara vəsiqə qazanıb. Məhz 2026/27 mövsümündə “Vestri” avrokuboklarda debüt edəcək. İlk rəqibləri isə məhz “Qarabağ” olacaq.
2023-cü ildə “Vestri” ilk dəfə İslandiyanın yüksək liqasına yüksəlib. Bu, klub tarixində mühüm dönüş nöqtəsi hesab olunur.
Transfermarkt məlumatına görə, komandanın ümumi heyət dəyəri təxminən 1,4 milyon avrodur.