Avrokuboklarda yeni təqvim 2025/26 mövsümü İdman və Biz | Icma.az
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Avrokuboklarda 2025/26 mövsümünün ilkin təqvimi açıqlanıb.
İdman.biz xəbər verir ki, Azərbaycanın qitə səhnəsinə çıxacaq 4 komandası üçün püşk və oyun günləri bəlli olub.
Premyer Liqanın qalibi Çempionlar Liqasında, kubokun sahibi Avropa Liqasında, çempionatın gümüş və bürünc mükafatçısı Konfrans Liqasında mübarizə aparacaq.
Təmsilçilərimizin rəqibləri gələn il iyunun 17-18-də bəlli olacaq. Həmin vaxt hər üç turnirdə ilk iki raundun püşkü atılacaq.
Qeyd edək ki, Çempionlar Liqasının finalına Budapeşt, Avropa Liqasının həlledici matçına İstanbul ev sahibliyi edəcək.
Konfrans Liqasının qalibi Leypsiqdə müəyyənləşəcək. 2025-ci il 17-18 iyun – I və II təsnifat mərhələlərinin püşkatması (ÇL, AL, KL) 8-9 iyul
Tam oxu
Xəbəri oxu