Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Fransanın "Marsel" klubu baş məşqçisi Roberto De Zerbi ilə yollarını ayıra bilər.
QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, buna komandanın Çempionlar Liqasındakı uğursuz oyun performansı səbəb olub.
Klub turnirin liqa mərhələsinin sonuncu turunda "Brügge"yə 0:3 hesabı ilə məğlub olub. Bu nəticə ilə turnir cədvəlində 25-ci yeri tutan Fransa təmsilçisi avrokuboklarla vidalaşıb.
Məlumata görə, italyalı mütəxəssisin istefaya göndərilmə ehtimalı yüksəkdir. Komanda Fransa çempionatında "Paris"lə oyuna hazırlaşsa da, De Zerbi futbolçularla məşqə çıxmayıb. Onun hazırda klub rəhbərliyi ilə gələcəyi barədə danışıqlar apardığı bildirilir.
Xatırladaq ki, "Marsel" Liqa 1-də 19 turdan sonra 38 xalla 3-cü pillədə qərarlaşıb və lider PSJ-dən 7 xal geri qalır.