Avroliqa: “Fənərbağça” pley offda ikinci qələbəsini qazanıb, “Anadolu Efes” seriyanı bərabərləşdirib

25.04.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 aprel, AZƏRTAC

Basketbol üzrə Avroliqada pley-off mərhələsinin oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbağça" ikinci matçda da Fransanın "Paris" komandasını (89:72) məğlub edib. İstanbulun digər klubu "Anadolu Efes" isə Yunanıstanda "Panatinaikos"u 79:76 hesabı ilə üstələyib.

Hazırda “sarı lacivərdlilər” seriyada 2:0 öndədir. “Anadolu Efes” isə qalibiyyət sayəsində seriyanı bərabərləşdirib – 1:1.

Qeyd edək ki, bu gün pley-off mərhələsində daha iki qarşılaşma təşkil olunacaq. “Monako” Fransada İspaniya “Barselona”sını, “Olimpiakos” isə Yunanıstanda “Real Madrid”i (İspaniya) qəbul edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью