Avroliqa: “Fənərbaxça” “Paris”i məğlub edib

02.10.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin İstanbul şəhərində “Fənərbağça” basketbol klubu ilə Fransanın “Paris” arasında Avroliqanın müntəzəm mövsümünün ilk turunun oyunu keçirilib.

Matç “Fənərbaxça”nın 96-77 hesablı qələbəsi ilə yekunlaşıb.

Devon Hall 22 xal, 4 ribaund və 2 asistlə qalib komandaya kömək edib. Talen Horton-Taker 20 xal toplayıb, bir ribaund və iki məhsuldar ötürmə edib. Ueyd Bolduinin 10 xalı var.

“Paris”in heyətində Nadir Hifi 23 xal, bir ribaund və iki məhsuldar ötürmə edib. Castin Robinson 17 xal toplayıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью