Avroliqa: Olimpiakos və Srvena Zvezda qələbəyə sevinib AZƏRTAC

03.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 yanvar, AZƏRTAC

Basketbol üzrə Avroliqada növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, Yunanıstan təmsilçisi "Olimpiakos" səfərdə Litvanın "Zalgiris" klubunu 92:85 hesabı ilə məğlub edib.

Fransa "Monako"su Almaniya "Alba Berlin"inə qalib gəlib - 105:90.

"Olimpia Milan" (İtaliya) "Lion-Villeurbanne" (Fransa) üzərində qələbəyə (75:66) sevinib.

İspaniyanın "Baskonia" kollektivi isə Serbiyanın "Srvena Zvezda" komandasına 73:75 hesabı ilə uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью