Avroliqa: “Olimpiakos” yarımfinala vəsiqə qazanıb

06.05.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 may, AZƏRTAC

Basketbol üzrə Avroliqada pley-off mərhələsinin oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos” seriyanın üçüncü matçında Fransanın “Monako” klubu ilə qarşılaşıb. Matç yunanların 105:82 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, seriyada 3:0 hesablı üstünlük əldə edən “Olimpiakos” yarımfinala vəsiqə qazanıb.

İsrailin “Hapole Tel Əviv” komandası isə İspaniyanın “Real Madrid” kollektivini 76:69 hesabı ilə məğlub edərək seriyada 2:1 önə keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью