Avroliqa oyununa gedən 7 azarkeş dəhşətli qəzada həyatını itirdi VİDEO

28.01.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rumıniyada ağır yol qəzası yaşanıb.

Fanat.Az xəbər verir ki, dəhşətli qəzada "Olimpik Lion"la keçiriləcək Avropa Liqası oyununa mikroavtobusla gedən Yunanıstanın PAOK klubunun yeddi azarkeşi həlak olub.

Məlumatı ESPN yayıb. Yük maşını ilə toqquşan avtomobilin daha bir neçə sərnişini ağır xəsarətlərlə xəstaxanaya çatdırılıblar.  

Qurbanların hamısı Yunanıstan vətandaşı olub. 

Artıq Fransa klubu da başsağlığını çatdırıb və sabah keçiriləcək oyunda həlak olanlar üçün anım mərasimi təşkil ediləcəyini bildirib.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью