Icma.az, Qol.az saytına istinadən bildirir.
Avropa Liqasında 2024/2025 mövsümünün bombardirləri müəyyənləşib.
QOL.az xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb.
3 futbolçu bombardirlərin sıralamasında liderliyi bölüşür. Bunlar "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş, "Budo-Qlimt"in hücumçusu Kasper Höq və "Olimpiakos"un forvardı Əyub Əl-Kaabidir. Sözügedən futbolçular 7 qol vurmağı bacarıblar. Onların hər biri turnirin bombardiri mükafatını alacaq.
Qeyd edək ki, ötən gecə "Tottenhem" "Mançester Yunayted"i üstələyərək (1:0) Avropa Liqasının qalibi olub.