Avroliqanın finalını o idarə edəcək

12.05.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının finalında keçiriləcək "Mançester Yunayted" (İngiltərə) -  "Tottenhem" (İngiltərə) matçını idarə edəcək hakimlər açıqlanıb.

QOL.az xəbər verir ki, görüş Feliks Çvayerin rəhbərlik edəcəyi almaniyalı hakimlər briqadasına tapşırılıb. Ona yan xətdə Robert Kempter və Kristian Dits kömək edəcəklər. Maurizio Mariani (İtaliya) 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Mançester Yunayted" - "Tottenhem" matçı mayın 21-də İspaniyanın Bilbao şəhərində keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью