Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Avronun məzənnəsinin gələcək istiqaməti ilə bağlı maliyyə bazarlarında fərqli gözləntilər formalaşıb. "MUFG Bank" vahid Avropa valyutasının bahalaşa biləcəyini proqnozlaşdırdığı halda, UniCredit siyasi risklərin avroya təzyiq göstərəcəyini düşünür.
Banco.az xəbər verir ki, "MUFG Bank" analitiklərinin fikrincə, neft qiymətlərinin aşağı düşməsi və Avropada enerji böhranı ilə bağlı narahatlıqların azalması avronun möhkəmlənməsinə şərait yarada bilər.
Analitiklər bildirirlər ki, investorların avronun ucuzlaşacağına hesablanmış qısa mövqelərini bağlaması valyutaya əlavə tələb yarada bilər. Bu proses bazarlarda “short squeeze” adlanır və avronun bahalaşmasını sürətləndirə bilər.
"UniCredit" analitikləri isə fərqli mövqe sərgiləyirlər. Onların fikrincə, xüsusilə Fransada 2027-ci il prezident seçkiləri ərəfəsində siyasi qeyri-müəyyənliyin artması avronun möhkəmlənməsinə mane ola bilər.
Beləliklə, "MUFG" enerji qiymətlərinin azalmasını avro üçün müsbət amil hesab etdiyi halda, "UniCredit" Avropadakı siyasi risklərin vahid valyutaya təzyiq göstərəcəyini gözləyir.