Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Noyabr ayı, avro üçün 2022-ci ilin əvvəlindən bəri ən pis ay ola bilər.
Analitiklər xəbərdarlıq edirlər ki, avronun kəskin dəyişiklikləri, avqust ayında yapon yeninin kəskin hərəkətlərindən sonra qlobal bazarlarda yenidən dalğalanmalara səbəb ola bilər.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, noyabrın əvvəlindən avro ABŞ dollarına nisbətdə təxminən 3,3% ucuzlaşıb və sürətlə paritetə — 1 dollar səviyyəsinə yaxınlaşır.Buna Donald Trampın idxala tətbiq edəcəyi tariflərlə bağlı verdiyi vədlər, Avrozonanın iqtisadi zəifliyi və Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi səbəb olub.
Eyni zamanda, ABŞ-da iqtisadi artım gözləntiləri dolların və ABŞ səhmlərinin mövqeyini gücləndirir.
Buna baxmayaraq, investorlar və valyuta treyderləri avronun gələcəyi ilə bağlı fikir ayrılığına düşüblər.
ABŞ dolları da ticarət tariflərinin inflyasiya təzyiqi və dövlət borcunun artması ilə əlaqədar təzyiqlərə məruz qalır ki, bu da Amerika bazarına olan etibarı zəiflədir.
Volatilliyin artma riski Analitiklərin fikrincə, əgər avro daha da ucuzlaşarsa, qeyri-müəyyənlik artacaq və qəfil valyuta dəyişiklikləri riski yüksələcək.
Bu, Trampın prezidentliyinə və ABŞ səhmlərinin artımına stavka edən treyderlərin zərər çəkməsinə səbəb ola bilər.