Avronun məzənnəsi 2.5 manat olacaq? Mərkəzi Bankdan açıqlama

10.07.2025

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı məlumatlar paylaşılır.
Məlumata "Google" axtarış sistemində rast gəlindiyi qeyd olunur.
Reyting.az-ın məlumatına əsasən, Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev sözügedən situasiya ilə bağlı oxu.az-a rəsmi mənbəyə istinad edilməsinin zəruri olduğunu bildirib: "Rəsmi məzənnəni açıqlamışıq, hər gün saytda yenilənir".
Qeyd edək ki, yayılan məlumatın əksinə olaraq, Mərkəzi Bankın məzənnəsində 1 avro 1,9911 AZN təşkil edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью