Avropa ABŞ ın Ukraynaya dəstəyini geri çəkməsinə hazırlaşır FT

24.11.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Kiyevə dəstəyi geri çəkə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti Avropa rəsmisinə istinadən məlumat verib.

"Biz açıq-aydın bu ssenariyə hazırlaşırıq", - deyə o qeyd edib. Rəsmi şəxsin sözlərinə görə, Amerika prezidenti məyusluqdan Kiyevə dəstəyi geri çəkə bilər.

Cenevrədə Ukrayna böhranının həlli planı ilə bağlı məsləhətləşmələrdə jurnalistlərə danışan ABŞ dövlət katibi Marko Rubio yaxın günlərdə Trampla Vladimir Zelenski arasında söhbətin mümkünlüyünü istisna etmədiyini bildirib. Bunun ardınca "CBS News" öz mənbələrinə istinadən bildirib ki, Zelenskinin ABŞ-a səfəri müzakirə olunub, lakin onun mümkünlüyü Cenevrədə ikitərəfli əlaqələrin nəticəsindən asılı olacaq. Həmsöhbətlərinin sözlərinə görə, Tramp 2025-ci ilin 27 noyabrına təsadüf edən Şükranlıq günündən əvvəl razılığa gəlməyi dəstəkləyir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью