Avropa ABŞ ın Ukraynaya yardımını əvəz edə biləcəkmi? Analitiklərin rəyi | Icma.az
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Əgər ABŞ Ukraynaya hərbi yardımı dayandırsa, Avropa bu çatışmazlığın ancaq bir hissəsini ödəyə biləcək”.
Bizimyol.info xəbər verir ki, bu barədə “Defense Express” hərbi analitik nəşri yazır.
Nəşrin müəllifləri qeyd edirlər ki, hazırda Ukrayna Müdafiə Qüvvələrinin istifadə etdiyi silahların 30%-dən çoxu ABŞ-dan gəlir.
Məsələn, Ukrayna yalnız “Bradley IFV” üçün ehtiyat hissələri və sursatları amerikalılardan ala bilər.
"Üstəlik, elə şeylər var ki, onları sadəcə əvəz etmək mümkün deyil.
Məsələn, "Patriot" hava hücumundan müdafiə sistemi üçün raketlərin çatdırılması yalnız ABŞ-dan mümkündür, çünki onlar hələ Avropada istehsal olunmur.
ABŞ-dan başqa, NASAMS və onunla birlikdə "F-16" üçün raketləri haradan alacağı sualına da cavab yoxdur, çünki söhbət "AIM-9" və "AIM-120"dən gedir.
Tam oxu
Xəbəri oxu