Avropa ABŞ nin Ukraynaya verdiyi silahların pulunu ödəyə bilər NATO nun baş katibi

23.01.2025

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

NATO-nun baş katibi Mark Rutte Avropanın Ukrayna üçün Amerika silahlarının maliyyələşdirilməsini öz üzərinə götürə biləcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı danışıb.

NATO rəhbəri qeyd edib ki, alyans Ukraynaya yardımın dəyərinin böyük hissəsini öz üzərinə götürməlidir, eləcə də müdafiəyə daha çox sərmayə qoymalı və müdafiə sənayesi istehsalını artırmalıdır.

O vurğulayıb ki, Donald Trampın yeni administrasiyası Ukraynanı müdafiə sənayesi bazası ilə təchiz etməyə davam edərsə, maliyyə məsələlərini Avropa öz üzərinə götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью