“Avropa ABŞ sız təhlükəsizliyini necə qura bilər: Ukrayna əsas açardır“ “Bloomberg“

31.01.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ABŞ-ın mümkün geri çəkilməsi fonunda Avropa təhlükəsizliyi Ukrayna amili və ciddi struktur boşluqları ilə üz-üzə qalır..."

ABŞ-ın NATO-dakı rolunun azalması Avropada ciddi müzakirələrə səbəb olub.

Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com" nəşri yazıb.

ABŞ-ın geri çəkilməsi və Avropanın imkanları

ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı və NATO-nun sabiq ali baş komandanı Ceyms Stavridis hesab edir ki, Vaşinqtonun geri çəkilməsi Alyans üçün zərbə olsa da, Avropa uzunmüddətli perspektivdə öz təhlükəsizliyini təmin edə bilər və Ukrayna bu prosesdə həlledici rol oynaya bilər.

Stavridis bildirir ki, ABŞ çıxsa, NATO ən böyük hərbi büdcə və müdafiə-sənaye bazasını itirəcək: ABŞ-ın xərcləri 900 milyard dollar, Avropa ölkələrinin ümumi müdafiə büdcəsi isə 400 milyard dollara yaxındır. Buna baxmayaraq, Avropa öz sənaye, hərbi və insan potensialını artırır, silah istehsalını genişləndirir və hətta məcburi hərbi xidmət məsələsini yenidən gündəmə gətirir.

Avropanın kritik zəif nöqtələri və ABŞ-dan asılılıq

"The Times" nəşri isə ABŞ-sız müdafiənin çətin tərəflərinə diqqət çəkir. Britaniya Müdafiə Akademiyasının rəhbəri Edvard Strinqer bildirir ki, Avropa silah sistemlərinin çoxluğuna baxmayaraq, onların vahid sistemdə birləşdirilməsi problemli, sursat və HHM çatışmazlığı isə ciddi narahatlıq yaradır.

Onun sözlərinə görə, tanklar, qırıcılar və artilleriya sayında problem deyil, əsas çətinlik bunları vahid sistemdə birləşdirməkdir. Nəşr həmçinin vurğulayır ki, Avropa kosmos, HHM, nüvə silahları və komanda strukturlarında ABŞ-dan kritik asılılıq göstərir, peyk məlumatlarının 80 faizi ABŞ-dandır və ballistik raketlərə müdafiə əsasən Amerikanın "Aegis" sistemi ilə təmin olunur.

Ukrayna amili və gələcək ssenari

Stavridis hesab edir ki, NATO diqqətini Avropa təhlükəsizliyinə yönəldərsə və Ukraynanı gələcəkdə Alyansa daxil etsə, vəziyyət köklü şəkildə dəyişə bilər. O bildirir ki, 40 milyon əhalisi, döyüş təcrübəsi yüksək ordusu və motivasiyalı cəmiyyəti olan Ukrayna Avropanın müdafiə qabiliyyətini ciddi şəkildə gücləndirə bilər. ABŞ diqqətini Qərb yarımkürəsinə yönəltsə belə, qalan 31 NATO ölkəsi uzun müddətdə "tam qaydasında" qala bilər. Eyni zamanda Avropa İttifaqı Rusiyaya qarşı təzyiqləri artırmaq yollarını da axtarır. 

"Bloomberg" xəbər verir ki, Aİ Rusiya neftinə qiymət tavanını ləğv edib, onun dəniz daşınması üçün sığorta və logistika xidmətlərinə tam qadağa tətbiq etməyi nəzərdən keçirir. Məqsəd Moskvanın müharibə dövründə həyati əhəmiyyətli neft gəlirlərini azaltmaqdır. Beləliklə, Avropa bir tərəfdən ABŞ-dan asılılığı azaldır, digər tərəfdən öz təhlükəsizlik arxitekturasını gücləndirir, Ukrayna isə həm hərbi, həm də strateji baxımdan əsas açar kimi çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью