Axar.az saytına istinadən Icma.az xəbər verir.
Avropanın təkəbbürünü atıb artıq dünyanın mərkəzi olmadığını etiraf etməsinin vaxtıdır.
Axar.az xəbər verir ki, bunu Çexiya baş nazirinin müavini Karel Havliçek deyib.
O bildirib ki, Avropa "yaşıl" dəyərlər naminə enerjisini, xammalını və sənaye özünütəminatını itirir:
“Region indi təhsilə, gəncləri və sahibkarları saxlamağa və elmə investisiya qoymağa diqqət yetirməlidir. Avropa politoloqlara və ideoloqlara daha az, iqtisadçılara daha çox qulaq asmalıdır. Biz nəticəyə yönəlmiş iqtisadiyyata diqqət yetirməliyik".