“Avropa artıq Vaşinqtonun əsas ağırlıq mərkəzi deyil”

28.01.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Avropa artıq Vaşinqtonun əsas ağırlıq mərkəzi deyil və bu dəyişiklik müvəqqəti deyil, struktur xarakter daşıyır”.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kalas çərşənbə günü bildirib.

Avropa Müdafiə Agentliyinin illik konfransında çıxış edən Kalas qeyd edib ki, Aİ hələ də güclü transatlantik əlaqələrə can atsa da və ABŞ müttəfiq olaraq qalsa da, Avropa yeni reallıqlara uyğunlaşmalıdır.

Kalasın sözlərinə görə, “NATO gücünü qorumaq üçün daha çox avropalı olmalıdır”.

Aİ diplomatiyasının rəhbəri qeyd edib ki, “Məcburiyyət siyasətinə, təsir dairələrinin bölünməsinə və belə bir dünyaya tammiqyaslı qayıtmaq riski çox realdır”.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью