Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Şimali və Qərbi Avropanın 14 ölkəsi Baltik dənizini “kölgə donanma”sı üçün bağlayan birgə bəyanat imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
“Bəyanatda bayraqları dəyişdirən, avtomatik identifikasiya transponderlərini söndürən və ya müvafiq sənədləşmə olmadan üzən bütün gəmilərin saxlanılacağı bildirilir. Bəyanatı Danimarka, Norveç, İsveç, Finlandiya, İslandiya, Estoniya, Latviya, Litva, Fransa, Böyük Britaniya, Almaniya, Polşa, Belçika və Niderland imzalayıb”, - məlumatda deyilib.