Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır MƏBLƏĞ

25.09.2025

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) Azərbaycanda ilk dəfə istiqraz emissiya edir.

"Marja" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir. Məlumata görə, Bank ümumilikdə 50 milyon manat həcmində istiqraz buraxacaq.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

İstiqrazların hər birinin nominal dəyəri 100 min manat olan sayı isə 500 ədəddir.

İstiqrazlar "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək, 1 oktyabr 2025-ci ildən 1 oktyabr 2026-cı ilə qədər dövriyyədə olacaq. Faizlər AZİR indeksinə uyğun olaraq rübdə bir dəfə ödəniləcək.

Anderrayterlər "ABB-İnvest İnvestisiya Şirkəti" QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-lərddir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью