Avropa birinciliyi: Azərbaycanın 4 boksçusu finala, 6 sı yarımfinala yüksəlib

14.07.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 iyul, AZƏRTAC

Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda Azərbaycan millisinin 4 qız idmançısı finala vəsiqə qazanıb.

Yığma üzvlərindən Əminə Tağı (50 kiloqram), Cəmilə Muradlı (52 kiloqram), Fidan Bəkərova (63 kiloqram) və Səma Abbasova (66 kiloqram) iyulun 15-də həlledici görüşlərə çıxacaqlar.

Digər boksçulardan Aylin Nəzərova (46 kiloqram), Gülər Hüseynova (48 kiloqram) və Zəhra Məmmədova (54 kiloqram) yarımfinalda məğlub olduqları üçün birinciliyi bürünc medalla başa vurublar.

Avropa birinciliyi

1/2 final

Əminə Tağı (50 kiloqram) – Dominika Vnukova (Slovakiya) – boksçumuz tam üstünlüklə qalib gəlib

Cəmilə Muradlı (52 kiloqram) – Liana Jamharyan (Ermənistan) – 5:0

Fidan Bəkərova (63 kiloqram) – Asya Turkoviç (Bosniya və Herseqovina) – 5:0

Səma Abbasova (66 kiloqram) – Mariya Dovqopol (Moldova) – boksçumuz tam üstünlüklə qalib gəlib.

Qeyd edək ki, oğlan boksçular arasında yarımfinal görüşləri bu gün keçiriləcək. Finala vəsiqə uğrunda 6 idmançımız mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью