Avropa birinciliyi: Taekvondoçularımızdan 5 qızıl, 5 gümüş, 5 bürünc

10.11.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Noyabrın 9-da Yunanıstanın Afina şəhərində kiçik yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib.

Apasport.az xəbər verir ki, taekvondoçularımız 5 qızıl, 5 gümüş, 5 bürünc medala layiq görülüblər. 

Əhməd Mürvətov (27 kq), Əsma Abdullazadə (27 kq) , Fidan Qafarova (30 kq), Rizvan Abdullayev (30 kq), Cahid İsmayılzadə (52 kq) qızıl, Ayşən Abuzərova (27 kq) , Ümid Şahbazov (36 kq), Sübhan Rzayev (40 kq), Fateh Sultanlı (44 kq), Hüseyn İsmayılov (52 kq, “Atlet” TK) gümüş, Vidadi Məmmədli (27 kq, “Altay” TK), Rüqəyya Əliyeva ( 27 kq, “Nərimanov” İK), Aydan Hüseynova (30 kq, “İrəvan” TK), Aysu Qəribli (44 kq), Günəş Əzimzadə (52 kq) isə bürünc medal əldə ediblər. 

Qeyd edək ki, ümumi hesabda Azərbaycan komandası birinci pillədə qərarlaşıb. 

Taekvondoçumuz dünya üçüncüsü olub Dünya reytinq cədvəli açıqlandı - PARATAEKVONDOÇUMUZ ZİRVƏDƏ Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib - FOTO Azərbaycanın 9 taekvondoçusu dünya çempionatında çıxış edəcək Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью