Avropa Birliyi ABŞ a zərər vermək üçündür Tramp

27.02.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Avropa Birliyindən (AB) idxal olunan mallara 25 faizlik gömrük rüsumları tətbiq etməklə hədələyib.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Ağ Ev rəhbəri ittifaqı tənqid edərək, onun ABŞ-a zərər vermək üçün yaradıldığını deyib:

"Biz qərar qəbul etmişik və bunu çox yaxında elan edəcəyik. Ümumiyyətlə, bu, 25 faiz olacaq və həm avtomobillərə, həm də digərlərinə şamil olunacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью