Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Uzun müddət Hindistan, Çin kimi dövlətlərlə məsafə saxlayan, geniş əməkdaşlıq münasibətləri qurmaqdan çəkinən Avropa Birliyi ABŞ-ın Danimarkanın bir hissəsi olan Qreenlandiyaya iddialarından sonra münasibətlərə yenidən baxmağa məcbur olub. “Euractiv” nəşri xəbər verir ki, Avropa Birliyi və Hindistan ticarət sazişi imzalayıblar. Sazişi imzalamaqla ölkələr avtomobillər, maşınqayırma, şərab və spirtli içkilər kimi əsas Avropa ixracatına yüksək tarifləri endiriblər.
Avropa Komissiyası bu sazişin "Hindistanın ticarət tərəfdaşına verdiyi ən iddialı ticarət açılışı" olduğunu bildirib. "Biz satmırıq": Niyə Qrenlandiya Rusiyadan qorxmur və Amerika olmaq istəmir Nəticədə, Avropa avtomobillərinə tariflər 110%-dən 10%-ə endiriləcək. Avtomobil hissələrinə tariflər isə növbəti beş-on il ərzində minimum səviyyələrə endiriləcək. Avropa Birliyi həmçinin emal olunmuş qida və içkilər üçün bazara çıxışı təmin edib.
Saziş həmçinin Hindistan və ya Avropa Birliyindəki istehsalçılara mənfi təsir göstərərsə, ticarət güzəştlərini müvəqqəti olaraq dayandıracaq ikitərəfli mühafizə mexanizmini də əhatə edir.
İlham