Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etdi

24.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bu gün Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranda insan haqlarının ciddi şəkildə pozulmasına görə bir neçə hakimə qarşı yeni sanksiyalar və məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kallas "X" hesabında paylaşım edib.
Bildirilib ki, sanksiyalar siyasi müxaliflərin və dini azlıqların təqibində iştirak edən hakimləri hədəf alır. Bundan əlavə, İran rejiminin informasiya məkanındakı repressiyalarını dəstəkləyən kiber qrupun aparıcı üzvlərindən birinə də sanksiya tətbiq olunub.
"Dünyanın diqqəti Yaxın Şərqdəki müharibəyə yönəlsə də, İranın öz xalqına qarşı repressiyalarını gözardı edə bilmərik”, - deyə Kallas yazıb.
O əlavə edib ki, Tehran daxili repressiyaları gücləndirdiyi müddətdə AB bu addımlara görə məsul şəxsləri məsuliyyətə cəlb etməyə davam edəcək. 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью