Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... Davkova

13.11.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir. Bu, Azərbaycanın həm də ciddi sabitlik amili kimi qəbul edildiyini göstərir.

Axar.az xəbər verir ki, bu sözləri Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova jurnalistlərə açıqlamasında deyib.

Şimali Makedoniyanın dövlət başçısı qeyd edib ki, əgər Azərbaycan bu gün buradadırsa və növbəti görüş məhz orada keçiriləcəksə, nəticə belədir: bəli, Avropa İttifaqı münasibətlərini Avrasiya və Asiya istiqamətində genişləndirir. O, bu prosesdə Azərbaycanın rolunun unudulmamalı olduğunu vurğulayıb.

Azərbaycanın gözəl ölkə olduğunu bildirən Prezident Qordana Silyanovska-Davkova deyib: “Bu, yalnız COP-un keçirilməsi və onun yüksək səviyyədə təşkili ilə bağlı deyil. Bu, təkcə Nizami Gəncəvi ilə də əlaqəli deyil. Mən onun haqqında çox şey öyrənmişəm. Bilirəm ki, o, sizin mədəniyyətiniz, tarixiniz və xalqınız üçün nə qədər böyük əhəmiyyət daşıyır. Həqiqətən də, Azərbaycanda çox dəyərli müzakirələr apardıq və onları heç vaxt unutmayacağam”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью