Avropa bu tarixdə Ukraynaya görə toplanacaq KONKRET

24.02.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Avropa İttifaqının dövlət və hökumət başçıları martın 6-da keçiriləcək fövqəladə sammitdə Ukraynaya yeni hərbi yardımın təfərrüatlarını və həcmini müəyyən edəcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Aİ Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib:

“Nazirlər Ukraynaya hərbi yardım göstərməklə bağlı yeni təşəbbüsü müzakirə ediblər. Təfərrüatlar martın 6-da Aİ-nin fövqəladə sammitində müzakirə olunacaq”, – deyə o vurğulayıb.

Vəli Həsənoğlu,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью