Avropa buna qərar verərsə, onu dəstəkləyəcəyik, lakin… Tramp

26.02.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ administrasiyası Avropa ölkələrinin Ukrayna ərazisində sülhməramlı yerləşdirmək niyyətini dəstəkləyəcək.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin ilk iclasında deyib.

“Biz avropalıları dəstəkləmək niyyətindəyik. Bizim yaxşı münasibətlərimiz var.

Sülhməramlı yerləşdirmək – çox asandır, sülhü razılaşdırmaq isə olduqca çətindir. İcazə verin, əvvəlcə sülh barədə razılıq əldə edim”, – ABŞ Prezidenti bildirib.

Bundan başqa, Donald Tramp ABŞ-ın 46-cı prezidenti Co Baydeni münaqişə ilə bağlı tənqid etməkdən də çəkinməyib.

“Bayden çox dəhşətli iş görüb. O, müharibəni dayandırmalı idi. Dayandıra bilərdi”, – Tramp əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью