Avropa çempionatı: 3 boksçumuz 1/8 finalda

15.08.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu alınıb.

Boksçularımızdan daha üçü çempionata qələbə ilə start veriblər.

Nihat Qasımov (55 kq) 1/16 finalda Aldit Delyu (Albaniya) ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, 1/8 finalda Doryan Kropoqla (Çexiya) döyüşəcək.

Şahin Aslanov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Boksçumuz startda Oskar Stili (Şotlandiya) mübarizədən kənarlaşdırıb – 3:0 (28:28, 29:27, 29:27, 28:28, 29:27). Milli üzvü 1/8 finalda Muhammad Ali Seferbekovla (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

Adil Zalova (75 kq) isə mərhələ adlamağa cəmi 2 dəqiqə 11 saniyə kifayət edib. O, ilk raundda Axillas Kaloqeridis (Yunanıstan) üzərində tam üstünlüklə qələbə qazanıb. Boksçumuz 1/8 finalda ilk mərhələdən azad olan Andrey Noviklə (Belarus) qüvvəsini sınayacaq.

Hər 3 görüş avqustun 16-da keçiriləcək.

Qeyd edək ki, çempionatın ilk günündə də millimizin 3 boksçusu qələbə qazanıb.  

Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb Azərbaycanlı idmançılar BƏƏ-də qızıl medal qazanıblar Millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək Millimiz Şamaxıya yollanıb Boksçularımız Kastamonuda Türkiyə millisi ilə hazırlıq keçəcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью