Avropa çempionatı: Azərbaycan cüdoçuları 1/4 finalda üz üzə gəliblər

04.09.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bratislava, 4 sentyabr, Cavid Əliyev, AZƏRTAC

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri Nihad Məmişov və Fərid Qarayev 1/4 finalda üz-üzə gəliblər.

Həmyerlisini əlavə vaxtda üstələyən N. Məmişov yarımfinala vəsiqə qazanıb.

Daha əvvəl 66 kiloqram çəkidə mübarizə aparan Məhəmməd Musayev gürcüstanlı rəqibi Tornike Qiqauriyə ipponla qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью