Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bratislava, 4 sentyabr, Cavid Əliyev, AZƏRTACSlovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına start verilib.AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulublar.60 kiloqram çəkidə çıxış edən Nihad Məmişov 1/8 finalda Ermənistandan olan rəqibi Qor Safaryana ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.Qeyd edək ki, sentyabrın 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.