Avropa çempionatı: Azərbaycan İsveç matçı qazaxıstanlı hakimlərə tapşırılıb AZƏRTAC

30.11.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, matçda ədaləti Qazaxıstandan olan hakimlər briqadası qoruyacaq.

Görüşün referiləri Aslan Qalayev, Turekhan Tursumbayev və Nurlybek Kalimaganbetov olacaqlar.

Qeyd edək ki, Bakı İdman Sarayında dekabrın 17-də oynanılacaq Azərbaycan – İsveç qarşılaşması saat 20:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью