Avropa çempionatı: Azərbaycan İsveç matçının hakimləri açıqlandı KONKRET

30.11.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində Bakıda baş tutacaq Azərbaycan – İsveç matçının təyinatları açıqlanıb.

KONKRET.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ədaləti Qazaxıstandan olan hakimlər briqadası qoruyacaq.

Oyunu Aslan Qalayev, Turexan Tursumbayev və Nurlybek Kalimaqanbetov idarə edəcək.

Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – İsveç matçı saat 20:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью