Avropa çempionatı: Azərbaycan millisi ilk oyununu keçirəcək

25.01.2025

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün Avropa çempionatının ilkin mərhələsində birinci oyununu keçirəcək.

"Report" xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Kosovo ilə qarşılaşacaq.

San Marinodakı "Multieventi Sport Domus"da baş tutacaq görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, U-19 yanvarın yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun bütün oyunları San Marinoda keçiriləcək. Ancaq birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью