Avropa çempionatı: Azərbaycan millisi Kiprə məğlub olub

02.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Kiprə məğlub olub.

“Report”un məlumatına görə, yığma B Liqasının V qrupunun son matçında 0:3 hesabı ilə uduzub.

Qarşılaşma Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçirilib.

Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью